Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi-satış yarmarkası keçirilir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov və qurumun kollektivi yarmarkada olub.
Ziyarətçilər sərgidə nümayiş etdirilən rəsm əsərləri, əl işləri və digər məhsullarla yaxından tanış olub, hədiyyəlik əşyalar və ailə təsərrüfatı məhsulları alıblar. Onlar iştirakçılara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, sərgi-satış yarmarkasında 300-ə yaxın müəllifin 12 mindən çox əl işi nümayiş olunur.